OCC LLC | Azerbaijan Trade Company

Biz kimik?

OCC MMC 2021-ci ilin sentyabr ayından etibarən Azərbaycanda vasitəçi kimi fəaliyyət göstərir. Hal-hazırda biz dünyanın müxtəlif ölkələrində tanınmış markalarla əməkdaşlıq edərək uğurlu sövdələşmələr həyata keçiririk. Şirkətimiz NL Bond Loendersloot və ALL4 Logistics kimi tərəfdaşlarla qeydiyyatdan keçmişdir.

0 +
ildən artıq biznes tərcübəsi
0 +
işçi heyəti
0 +
korporativ müştəri
0 %
müştəri məmnuniyyəti

Məqsədimiz

Davamlılıq bizim üçün əsas dəyərlərdən biridir və biz bu istiqamətdə üzərimizə düşən məsuliyyəti daşıyırıq. Davamlılıq prinsipi OCC MMC-nin bütün fəaliyyət zəncirinə inteqrasiya olunmuşdur. Biz daim davamlı fəaliyyət göstərən təchizatçılarla əməkdaşlıq etməyə çalışırıq.

Gələcəyə dair strategiyamızda, qrupumuzun müəyyən bölmələri üçün B2B (business-to-business) modelinə üstünlük veririk. Bu model vasitəsilə məhsulun tədarükü və emalı birbaşa istehlakçının qapısına qədər təşkil olunur.

Əsas məqsədimiz, davamlılıq göstəricilərinə uyğun olaraq dünya üzrə etibarlı və keyfiyyətli təchizatçılarla işləməkdir. Xidmətimiz alıcıların tələbi və təklifi əsasında malların təchizatçılardan alınması ilə başlayır. Bu yanaşma bizə, müştərilərimizə çatdırılma prosesinin hər bir mərhələsi haqqında dəqiq məlumat verməyə imkan yaradır.

Biz OCC MMC olaraq bu prosesin bütün mərhələlərinə xidmət göstərməyi təklif edirik. Bu yanaşma müştərilərimizə daha səmərəli və sərfəli xidmət təqdim etməyə imkan verir.

Bununla yanaşı, biz uzunmüddətli tərəfdaşlıq qurmaq məqsədilə yeni təchizatçılar və müştərilərlə əməkdaşlıq imkanları axtarırıq. Dünya üzrə seçilmiş tərəfdaşlarla sıx əməkdaşlıq edərək, tələb və təklif arasında optimal uyğunluğu təmin edir və sifarişlərin tez bir zamanda çatdırılmasına nail oluruq.

Missiyamız və vizyonumuz

Dünyanın hər yerində ən yüksək keyfiyyətli xidmət göstərən şirkətlərdən biri olmaq.

İstehlakçı gözləntilərini qarşılamaq üçün geniş məhsul çeşidi və optimal keyfiyyət-qiymət nisbəti ilə xidmət göstərmək.

Select the fields to be shown. Others will be hidden. Drag and drop to rearrange the order.
  • Image
  • SKU
  • Rating
  • Price
  • Stock
  • Availability
  • Add to cart
  • Description
  • Content
  • Weight
  • Dimensions
  • Additional information
Click outside to hide the comparison bar
Compare
Alış-veriş səbəti Bağlayın